Putindən sülh mesajı: “Qarşıdurma niyyətimiz yoxdur”
Bizi izləyin

Dünya

Putindən sülh mesajı: “Qarşıdurma niyyətimiz yoxdur”

“Qarşı tərəfin bütün səylərinə baxmayaraq, Rusiya Federasiyası qarşıdurmaya cəlb olunmaq niyyətində deyil”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin ordunun yüksək rütbəli rəsmiləri ilə görüşündə deyib.

V.Putinin sözlərinə görə, Rusiya bütün problemlər üzrə bərabərhüquqlu dialoqa hazırdır: “Bizi qarşıdurmaya cəlb etmək istəyirlər, ancaq bizim qarşıdurma niyyətimiz yoxdur. Biz qlobal və regional çağırışların bütün problemləri üzrə bərabərhüquqlu dialoqa çalışırıq. Bizim hərbi doktrinamız müdafiə xarakteri daşıyır. Onun reallaşdırılmasının əsas hədəfi ölkənin müstəqilliyinin və sülhün təmin edilməsidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm