İlham Rəhimov: “Putinin sağlamlığına çox adam həsəd apara bilər” - FOTOLAR
Bizi izləyin

Nida.az

İlham Rəhimov: “Putinin sağlamlığına çox adam həsəd apara bilər” - FOTOLAR

“Onunla bu yaxınlarda görüşmüşəm...”

Rusiya prezidenti Vladimir Putinin xəstələnməsi haqqında ABŞ mətbuatının yaydığı xəbərlər Azərbaycan oxucularını da maraqlandırmaqda, onların bəzi kəsimini isə narahat etməkdədir.

Doğrudur, bu xəbər Rusiya prezidentinin mətbuat xidməti vasitəsilə təkzib olundu. Lakin bu təkzib istər Qərb, istərsə də yerli mətbuatda bu mövzuda gedən xəbərləri dayandırmadı.

Ona görə də “Yeni Müsavat” qəzetinin müxbiri bu mövzuda mötəbər hesab olunan, V. Putini yaxından tanıyan hüquq elmləri doktoru, professor İlham Rəhimova müraciət edib:

- İlham müəllim bir çox KİV-lərdə Rusiya prezidenti V.Putinin səhhəti haqqında müxtəlif məlumatlar yayılmaqdadır. Bu suala Siz cavab verməyə də bilərsiniz. Lakin onu yaxından tanıyan bir şəxs kimi, Sizin bu məsələyə münasibətiniz oxucularımız üçün maraqlı olardı.

- Rusiya prezidenti Vladimir Putinin səhhətində problemlərin olması barədə məqsədyönlü şəkildə yayımlanan dezinformasiyalar yumşaq desək, “sarı mətbuatın” fantaziyasının məhsuludur, hansı ölkədə olmasından asılı olmayaraq. Onunla bu yaxınlarda görüşmüşəm, sağlamlığına çox adam həsəd apara bilər. Belə xəbərləri yayanların mövqeləri bəllidir, heç bir əxlaqa sığmır. El arasında belə hadisələrə dair çox müdrik misallar mövcuddur, açıqlamağı məqsədə uyğun hesab etmirəm. Həyat davam edir ... Mən bu fikirləri ona yaxın olduğum üçün demirəm, ictimaiyyət həqiqəti bilsə yaxşıdır.(musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm