Məzahir Pənahov: “Seçki plakatları binaların divarlarından asılmamalıdır”
Bizi izləyin

Nida.az

Məzahir Pənahov: “Seçki plakatları binaların divarlarından asılmamalıdır”

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, MSK-nın 27 oktyabr iclas protokolu səsə qoyularaq qəbul edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının MSK-ya təqdim etdiyi məşvərətçi səs hüquqlu səlahiyyətli nümayəndəsinin qəbul edilməsi müzakirəyə çıxarılıb. MSK-nın katibi Arifə Muxtarova bildirib ki, YAP məşvərətçi səs hüququ səlahiyyətli nümayəndəsi kimi Aydın Böyükkişi oğlu Mirzəzadəni təqdim edilib. A. Mirzəzadənin nümayəndəliyi səs qoyularaq qəbul edilib.

MSK-nın iclasında Demokratik İslahatlar Partiyası və Sosial-Demokratlar Partiya 2, Böyük Quruluş partiyası 10, Ana Vətən Partiyasından 22 nəfər olmaqla səlahiyyətli nümayəndələrinin qəbulu müzakirəyə çıxarılıb. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Həmçinin, partiyaların maliyyə məsələləri üzrə nümayəndələri qəbul edilib. Daha sonra bəzi dairə seçki komissiyalarının rəhbərlərinin dəyişdirilməsi məsələsi müzakirə olunub.

Məzahir Pənahov bələdiyyə seçkilərində iştirak edən 10 siyasi partiyanın seçkiyə hazırlıq işlərinə başladığını vurğulayıb: “Bu günə kimi 959 nəfər namizəd Dairə Seçki Komissiyalarına (DSK) bildiriş verib”.

MSK seçki plakatların binaların divarlarından asılmasına qarşı çıxıb: “Bu plakatları divarlara asmaq olmaz. Bu şəhərin ümumi gözəlliyinə xələl gətirir. Xüsusilə sonradan divarlarda xoşagəlməz ləkələr qalır. Plakatlar müasir dayanacaqlarda, böyük ticarət mərkəzlərinin vitrinlərində, ümumiyyətlə insanların gur olduğu yerlərdə asılmalıdır. Görünməyən yerlərdə onların asılmasının mənası yoxdur”.

M. Pənahov MSK-nın təşəbbüsü ilə artıq televiziya kanallarında namizədlərin təbliğat-təşviqat kampaniyasının başladığını deyib: “Bu günə qədər AzTV, “Xəzər”, “Space”, İctimai televiziyalarında bələdiyyə seçkiləri ilə bağlı təbliğat süjetləri yayımlanır. Həmçinin, namizədlər də öz platformalarını açıqlayırlar. Bu proses daha da sürətləndiriləcək”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm