“Azəriqaz”dan açıqlama: “Qazın həcmi artırılacaq”
Bizi izləyin

Qırmızı.az

“Azəriqaz”dan açıqlama: “Qazın həcmi artırılacaq”

Noyabrın 2-dən kəskin soyuqların düşməsi ilə əlaqədar “Azəriqaz” ASC qaz verilişinin həcmini artıracaq. Bu barədə Publika.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Hazırda ölkə üzrə 18 milyon 500 min kub metr qaz verildiyini deyən qurum rəsmisinin sözlərinə görə, bunun 11 milyon 200 min kub metri paytaxtın, 7 milyon 300 min kub metri isə bölgələrin payına düşür. Havanın temperaturundan asılı olaraq qazın verilişi artırılır.

Bu gün rayonlarda qazın zəif gəlməsinə münasibət bildirən qurum rəsmisi qeyd etdi ki, hazırda bu proses tənzimlənir. Noyabr ayının 15-dən isə istixanalara qazın verilişi başlayacaq. Lakin havaların kəskin soyuması baş verərsə, istixanalara qazın vaxtından əvvəl verilməsi də mümkündür.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm