Azarkeşlər sevdiyi futbolçularla dəfn olunacaqlar
Bizi izləyin

İdman

Azarkeşlər sevdiyi futbolçularla dəfn olunacaqlar

Braziliyanın "Korintians” klubu şəxsi qəbiristanlıq açmağı planlaşdırır.

Publika.az-ın məlumatına görə, komanda bu hərəkəti azarkeşlərə görə edir. Belə ki, komandanın azarkeşləri istəsələr, sevimli futbolçuların yanında dəfn oluna bilərlər. Bu, ailə qəbiristanlığının ən böyük formasıdır.

"Korintians hər zaman” (The Corinthians Forever) adlanacaq qəbiristanlıq San-Paulu şəhərinin ətrafında yerləşəcək. Fanatlar burada 70 min qəbir yeri götürə biləcəklər. Braziliya klubunun rəhbərliyi yeni qəbiristanlığa vəfat etmiş bir neçə futbolçunun qalıqlarını köçürməyi planlaşdırır. Ulduz futbolçuların qəbrinin yanındakı yerlər minlərlə dollar dəyərindədir.

İddia edilir ki, “ağ-qaralar”ın heyətində 500 oyunda meydana çıxmış, klubun qapıçısı Jilmarın da qalıqları yeni qəbiristanlıqda dəfn ediləcək. O, 2013-cü ilin mayında vəfat edib.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm