Rusiya təyyarələri Avropa üzərində nüvə zərbəsini məşq edir – İddia
Bizi izləyin

Dünya

Rusiya təyyarələri Avropa üzərində nüvə zərbəsini məşq edir – İddia

Rusiyanın hərbi təyyarələri Atlantik okeanın və Şimal dənizinin üzərində nüvə zərbəsinin məşqlərini həyata keçirir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Daily Beast” nəşrində dərc olunan məqalədə deyilir.

“Rusiya müasir formada “soyuq müharibə”nin ənənələrini dirçəldir. Kreml Avropanı onun sərhədləri yaxınlığında bombardmançıların reydləri ilə yalnız qorxutmur, həm də Vaşinqtona özünün yüksək kiberpotensialını nümayiş etdirir. Rusiya əhəmiyyətli siyasi hədəflərə çatmaq üçün kiberhücumlardan istifadə edir”, - deyə məqalədə qeyd olunub.

Qeyd edək ki, NATO gücləri 28-29 oktyabr tarixlərində Baltika, Şimal və Qara dənizləri, həmçinin Atlantik okeanı üzərindəki beynəlxalq hava boşluğunda Rusiya hərbi təyyarələrinin dörd qrupunun hərbi manevrlərini qeydə alıb. NATO-nun birləşmiş komandanlığının açıqlamasında deyilir ki, 29 oktyabrda səhər saatlarında NATO-nun radarları Rusiya hərbi hava qüvvələrinin səkkiz təyyarədən ibarət qrupunun uçuşunu qeydə alıb. Məlumata görə, qrupa dörd “TU-95” strateji bombardmançı və yanacaq dolduran dörd ədəd “İl-78” təyyarəsi daxil olub. Təyyarələr Rusiyanın materik hissəsindən qalxaraq Norveç dənizinin üzərindəki beynəlxalq hava boşluğunda uçub. Rusiyanın daha iki təyyarəsinin Atlantik okeanının Portuqaliya sahillərində hərbi manevrinin qeydə alındığı bildirilir.

Günün ikinci yarısında isə NATO-un radarları Rusiyanın iki ədəd “TU-95” və iki ədəd “Su-27” qırıcısının Qara dənizin üzərindəki beynəlxalq hava boşluğunda, iki “MİQ-31”, iki “Su-34”, iki 2Su-24” və bir “Su-27” təyyarəsinin NATO radarları tərəfindən Baltika dənizi üzərində beynəlxalq hava boşluğunda uçuşu qeydə alınıb.

ABŞ-ın Hərbi Hava Qüvvələrində hazirda xidmət edən, eləcə də istefaya çıxan zabitləri “The Daily Beast”a açıqlamasında Rusiya bombardmançılarının Atlantik okeanı və Şimal dənizinin üzərində nüvə zərbəsinin məşqlərini həyata keçirdiyini istisna etməyiblər.

“Nəhəng turbovintli “Tu-95” strateji bombardmançı təyyarə “Raduqa” X-55 nüvə döyüş başlığı ilə strateji aviasiya qanadlı raketi işə salması üçün platformadır”, - deyə ABŞ nəşrinin əməkdaşı hərbi ekspertlərə istinad edərək yazır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm