Ebola zarafatı 2,5 min avroya başa gəldi
Bizi izləyin

Dünya

Ebola zarafatı 2,5 min avroya başa gəldi

İtaliya vətəndaşı Dublin Hava limanında Ebola virusu ilə bağlı zarafat etdiyinə görə, saxlanılıb.

Publika.az xəbər verir ki, 56 yaşlı italyan uçuş zamanı sərnişinlərlə zarafat etmək üçün kağız kofe stəkanının üzərinə "Diqqət, Ebola" kəlməsi yazır. Göyərtə bələdçilərindən biri bunu görür və həyacan siqnalı verir.

Etdiyi zarafata görə, məhkəmə qarşısına çıxarılan Roberto Binaşi 2,5 min avro cərimə ödəməyə məcbur edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm