Azərbaycan Krasnoyarskdan gələn təyyarədən imtina edib
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan Krasnoyarskdan gələn təyyarədən imtina edib

Azərbaycan tərəfi Krasnoyarskdan gələn təyyarəni qəbul etməkdən imtina edib.

Axar.az "Rosbalt.ru"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Taymır" şirkəti yayıb. Hansı səbəbdən təyyarənin Bakıya uça bilməməsi məlum deyil.

Təyyarə "Yemelyanovo" aeroportundan oktyabrın 29-u uçmalı idi, ancaq uçuş təxirə salınıb, daha sonra isə reys tamamilə ləğv edilib.

Beləliklə, "Boinq 737-800" tipli təyyarədə olan 84 sərnişin Bakıya uça bilməyib.

"Taymır" aviaşirkətindən verilən məlumatda Azərbaycan tərəfinin qış cədvəlinin uyğunlaşdırılması zamanı uçuşa icazə vermədiyi bildirilir. Ancaq hansı səbəbdən bu addımın atılması dəqiqləşdirilməyib.

Rusiya Nəqliyyat Nazirliyinin Azərbaycan tərəfi ilə danışıqlara başladığı vurğulanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm