Azərbaycan Prezidentinin bu gün imzaladığı FƏRMANLAR
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan Prezidentinin bu gün imzaladığı FƏRMANLAR

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 584; 2007, № 2, maddə 87; 2009, № 4, maddə 226) ilə təsdiq edilmiş “Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü hissədə “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi,” sözləri çıxarılsın.

2. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. Sahibkarlıq subyektlərində torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarəti və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.”

X X X

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun 1.1.12-ci maddəsinə uyğun olaraq qərara alıram:

“İnsan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərər” dedikdə aşağıdakılar başa düşülür:

1. bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi, yaxud bir və ya bir neçə insanın ölümü, habelə yoluxucu xəstəliklərin yayılması, epidemiyaların yaranması təhlükəsi, yaxud belə halların baş verməsi;

2. ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsi, ekoloji tarazlığın pozulması təhlükəsi, yaxud belə halların baş verməsi;

3. dəyəri 50000 (əlli min) manat və ondan yuxarı olan dövlət əmlakının zədələnməsi və ya məhv edilməsi təhlükəsi, yaxud belə halların baş verməsi.

X X X

“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanını “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 163; 2003, № 10, maddə 571; 2004, № 7, maddə 526, № 8, maddə 616; 2009, № 4, maddə 226) 2-ci hissəsinin yeddinci abzasına “Nazirliyi və” sözlərindən sonra “dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə əməl olunması ilə bağlı” sözləri əlavə edilsin.

X X X

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 283) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1.7-ci və 3.1.23-cü yarımbəndlərdə “əmlakına, habelə ətraf mühitə zərər” sözləri “dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər” sözləri ilə əvəz edilsin.

2. 3.1.11-ci yarımbənddə “əvəzsiz qaydada” sözləri “, onların dəyərinin məhsul nümunələri götürülən təsərrüfat subyektinə tam ödənilməsi şərtilə” sözləri ilə əvəz edilsin və həmin bənddən “, sınaq nəticəsində istifadəyə yararlılığını itirməmiş məhsul nümunəsinin təsərrüfat subyektinə qaytarılmasını təmin edir” sözləri çıxarılsın.

3. 3.1.12-ci yarımbənd ləğv edilsin.

4. 3.1.16-cı yarımbənddə “nəzarətini həyata keçirən dövlət müfəttişinin qərarını və yazılı göstərişlərini” sözləri “nəzarəti həyata keçirilərkən, verilmiş qərar və yazılı göstərişləri” sözləri ilə əvəz edilsin.

X X X

“Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 293 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 293 nömrəli Fərmanını “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 293 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №7, maddə 612; 2011, №3, maddə 171; 2014, № 5, maddə 477) 2.5-ci bəndinə “Nazirliyi və” sözlərindən sonra “dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə əməl olunması ilə bağlı” sözləri əlavə edilsin.

X X X

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, №8, maddə 631; 2010, №12, maddə 1064; 2011, №2, maddə 85; 2012, №4, maddə 283, №10, maddə 949; 2013, № 6, maddə 630) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 8-ci hissə üzrə:

1.1. 8.17-ci bənddə “əmlakı” sözü “dövlətin əmlak maraqları” sözləri ilə əvəz edilsin;

1.2. 8.21-ci bənddə “əmlakına, habelə ətraf mühitə zərər” sözləri “dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər” sözləri ilə əvəz edilsin.

2. 9-cu hissə üzrə:

2.1. 9.13-cü bənddə “əvəzsiz qaydada” sözləri “, onların dəyərinin məhsul nümunələri götürülən təsərrüfat subyektinə tam ödənilməsi şərtilə” sözləri ilə əvəz edilsin və həmin bənddən “, sınaq nəticəsində istifadəyə yararlılığını itirməmiş məhsul nümunəsini təsərrüfat subyektinə qaytarmaq” sözləri çıxarılsın;

2.2. 9.14-cü bənd ləğv edilsin;

2.3. 9.19-cu bənddə “nəzarətini həyata keçirən dövlət müfəttişinin qərar və yazılı göstərişlərini” sözləri “nəzarəti həyata keçirilərkən, verilmiş qərar və yazılı göstərişləri” sözləri ilə əvəz edilsin;

2.4. 9.32-ci bənddə “əmlakına, habelə ətraf mühitə zərər” sözləri “dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər” sözləri ilə əvəz edilsin.

X X X

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 94, № 11, maddə 1111; 2009, № 4, maddə 226, № 6, maddə 417) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.3. həmin Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirirlər;”;

1.2. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. həmin Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

X X X

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi ilə Çinin Mülki Məsələlər üzrə Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərmanı.

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Çin Xalq Respublikasının Mülki Məsələlər üzrə Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında 2014-cü il sentyabrın 23-də Pekin şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətini xəbərdar etsin”.

X X X

Prezident İlham Əliyev "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərmanı.

“Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 563; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477) 6-cı hissəsi ləğv edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm