Son dəqiqə: Peşmərgə Kobaniyə keçməyə başladı
Bizi izləyin

Dünya

Son dəqiqə: Peşmərgə Kobaniyə keçməyə başladı

Şimali İraq kürd regional rəhbərliyi tərəfindən Kobaniyə göndərilən və iki gündür Şanlıurfa vilayətinin Suruç mahalında gözləyən peşmərgə gücləri Suriya sərhədinə doğru hərəkət etməyə başlayıb.

Publika.az bu barədə “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir.

Dünən peşmərgə güclərindən 10 nəfərlik qrup vəziyyətlə ümumi tanışlıq məqsədilə Kobaniyə daxil olmuşdu. Bu qrup peşmərgənin İraqdan gətirdiyi silahların harada saxlanılacağını və birliklərin İŞİD-ə qarşı necə mövqe tutacağını müəyyənləşdirməli idi.

Türkiyə mediasının məlumatına görə, peşmərgə gücləri sərhədi keçən kimi döyüşməyə hazır vəziyyətə gətirilib.

Kobanidəki mənbələr xəbər verir ki, Azad Suriya Ordusunun Kobaniyə göndərdiyi təxminən 200 nəfərlik qrup İŞİD-ə qarşı aktiv şəkildə döyüşməyə başladı. Azad Suriya Ordusu Kobaninin şərq, cənub və qərb cəbhələrində İŞİD-ə qarşı döyüşür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm