Bu dəfə məsələyə FTB qarışdı
Bizi izləyin

İdman

Bu dəfə məsələyə FTB qarışdı

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) FİFA-da yaranan rüşvət qalmaqalını araşdırmaq fikrindədir.

Dünən elan olunmuş araşdırma nəticələrinə görə, ortada rüşvət məsləsinin olmadığı təsdiqlənib. Ancaq FTB işi növbəti dəfə nəzərdən keçirmək istəyir.

Publika.az xəbər verir ki, FTB FİFA-nın yüksəkçinli məmurları ilə bağlı 3 ildir ki, təhqiqatlar aparır. İndi FTB qurumun Etika Komitəsinin araşdırmalar palatasının sədri Maykl Qarsianın hazrıladığı nəticələri yoxlamaq istəyir.

Qeyd edək ki, Qarsia FİFA-da çalışmazdan öncə prokuror kimi fəaliyyət göstərib. Qarsia dəfələrlə FİFA-nı araşdırmaların tam nəticəsini ictimaiyyətə təqdim etməyə çağırıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm