Jurnalistləri döyüb, fotoaparatlarını sındırdılar
Bizi izləyin

İdman

Jurnalistləri döyüb, fotoaparatlarını sındırdılar

Türkiyə millisinin “Avro-2016”nın seçmə mərhələsində Qazaxıstanla oyunu öncəsi xoşagəlməz hadisə baş verib.

Publika.az-ın məlumatına görə, isinmə hərəkətləri edən millinin əsas qapıçısı Vokan Dəmirəl bir qrup azarkeş tərəfindən təhqirə məruz qalıb. Onu söyüblər.

Qolkiper azarkeşləri sakitləşdirmək istəsə də, cəhdləri nəticə verməyib. Əsəblərini cilovlaya bilməyən qapıçı əvvəlcə paltardəyişmə otağına, daha sonra evinə yollanıb.

Onu Volkan Babacan əvəzləyib.

Təhlükəsizlik əməkdaşları Volkan Dəmirəlin TT Arenadan çıxdığı anın şəkillərini çəkmək istəyən fotomüxbirlərə mane olmağa çalışarkən qalmaqal baş verib.

Daha sonra stadionun təhlükəsizlik işçiləri fotomüxbirləri döyüb, onların fotoaparatlarını sındırıblar.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm