Niyaməddin Musayev Təranə Qumralı niyə xəlvət evinə çağırtdırıbmış? – ÖZƏL MÜSAHİBƏ
Bizi izləyin

Tabloid.az

Niyaməddin Musayev Təranə Qumralı niyə xəlvət evinə çağırtdırıbmış? – ÖZƏL MÜSAHİBƏ

Müğənni Təranə Qumral xalq artisti Niyaməddin Musayevlə bağlı gizlinlərdən danışıb.

Publika.az-a müsahibə verən Təranə Qumral bir neçə il bundan öncə Cabbar Musayevi məhz onun xahişindən sonra məhkəmədə bağışladığını bildirib. Qeyd edək ki, dünən Musa Musayev qardaşı haqda açıqlama verəcəyini və onu el-aləmdə biabır edəcəyini deyib: “Bu yaxınlarda elə bir açıqlama verəcəyəm ki, bütün xalq onun kim olduğunu biləcək, üzündəki maskanı çıxardacağam. Xalq məni qınasa da, illərlə saxladığım sirləri açacağam”.

Sən demə, Musa Musayevin birdən-birə qardaşı Cabbarla bağlı sərt açıqlama ilə çıxış etməsinin səbəbi varmış. Burda xalq artisti Niyaməddin Musayevin də adı hallanır.

Bütün bunlar barədə Təranə Qumral saytımıza danışıb.

- Musa Musayev niyə birdən-birə qardaşı Cabbarla bağlı belə bir ittiham səsləndirdi? Siz ki məhkəmədə onu bağışlamışdınız və aranızdakı söz-söhbət səngimişdi…

- Əslində, dünən mətbuat yazdı ki, guya Musanın dilindən o sözləri “Instagram” səhifəmizdə mən yazmışam. Yalan söhbətdir. Musa özü bu sözləri yazıb. Musa hirsindən dəli olmuşdu, qabağını ala bilmirdim. Amma yaxşı ki, aldım. Ürəyi soyumadı, qardaşı ilə bağlı sirləri açacağını “Instagram”da yazdı, amma Allah istədi, ad açıqlamadı. Mən qoymadım, dedim ki, ayıbdır, qardaşındır.

- Yaxşı, birdən-birə Musa niyə elə hirslənmişdi ki?

- Elə ona gəlirəm də. Bazar günü evdə oturmuşduq, bir də gördük Cabbar, Niyaməddin Musayev və bizim ailəmizə nifaq salan o qadın (Nazənini nəzərdə tutur – A.) Zaurun verilişindədirlər. Musa özündən çıxdı, əsəbiləşdi. Hər yerdən telefonumuza zəng elədilər ki, baxın efirə, görün bunlar necə birləşib Musaya acıq verirlər. Sözün düzü, çox pis olduq.

- Niyə ki?

- Necə yəni niyə? Musa ona pis oldu ki, dayısı Niyaməddin Musayev niyə Cabbar və o qadınla efirə çıxıb...

- Sizin Niyaməddin Musayevlə aranız yaxşı idi axı…

- Əlbəttə, yaxşı idi. Mən Cabbarı məhkəmədə Niyaməddin müəllimin bircə kəlmə sözü ilə bağışlamışam. Bunu heç yerdə deməmişəm, amma indi açıb deyirəm, qoy hamı bilsin. Bizim o məhkəməmiz zamanı Niyaməddin Musayev qızı Röya ilə birgə məni öz evinə çağırtdırdı. Dedi ki, gəl bizə, sənə vacib sözüm var. Getdik, oturduq evində mənə qayıtdı ki, sən ağıllı qadınsan, başa düşənsən, Cabbarı bağışla, bir səhvdir, edib. Qızı Röya, kürəkəni ilə birgə xahiş etdilər, mən də sənətkara hörmət əlaməti olaraq bağışladım. Amma o söhbətin üstündən Niyaməddin müəllimin həmin adamlarla efirə çıxıb, qonaqlıqda deyib-gülməkləri bizə yer elədi. Musa, az qala, şok keçirdi. Heç cür onu sakitləşdirə bilmirdim. Musanı da tanıyırsınız da, əsəbiləşdisə, gözünə heç kim görünmür.

- Efirdən sonra, Niyaməddin müəllimə zəng edib irad bildirdiniz?

- Yox, mən heç özümü o yerə qoymadım. Amma Musanı saxlamaq olar? Zəng elədi, amma dayısını evdə tapmadı. Qızına və kürəkəninə narazılığını bildirdi.

- Bəs onlar nə dedilər?

- Dedilər, biz qarışmırıq. Amma vaxt vardı, Cabbarı bağışlamaq üçün bizdən xahiş edirdilər. Adama deyərlər, bəs onda niyə işə qarışırdınız?

- Belə başa düşdüm ki, Musa və siz daha Niyaməddin müəllimlə danışmayacaqsınız?

- Yox, qurtardı. Musa bundan sonra sözünü 100 il də deməsə, artıq dediyini deyib. Niyaməddin müəllim gərək elə hərəkət etməyəydi. Musanı yerə vurmayaydı.

- Musa müəllim Cabbarla bağlı hansı sirləri açacaq?

- Özü bilir, ailə məsələsidir. Cabbar o söhbətdən sonra el-aləm içində biabır olacaq.

- Bəlkə, hirsli olub deyib, hirsi soyuyandan sonra qardaşını biabır etməz?

- Edəcək. Bəs Cabbar qardaşını necə biabır etdi? Əslində, Musanın ürəyi çox yuxadır, heç vaxt qardaşlarının ölümünü, pis gününü istəməz. Özü də bu barədə dəfələrlə mənə deyib. Amma indi çox qəzəblidir, bıçaq sümüyə dirənib. Musanı saxlamaq olmur. Musa Cabbarı silib atıb e. Hə, yadımdan çıxmışdı. Danışırlar ki, guya Musa Cabbarla mənə görə küsülüdür, düşməndir. Yalan söhbətdir, Musa Cabbarla lap çoxdan küsülüdür. Heç onda mən yox idim. Ay qız, bir ana bətnində iki düşmən saxlayırmış. Çox səbəblər var e, açıb-ağartmaq olmur. Amma söhbət məndən getmir.

- Ucundan-qulağından de, görək nə məsələdir e?

- Özü açıb deyəcək...

- Könül Kərimova ilə aranız necədir?

- Əvvəl normal idi, Cabbardan sonra aramız yoxdur.

- Ona qarşı da hiddətlisiniz?

- Cabbarın yanındadır də. Dilini dinc qoymasa, o da cavabını alacaq.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm