"Toyota"dan möhtəşəm YENİLİK - FOTO
Bizi izləyin

Avtopublika

"Toyota"dan möhtəşəm YENİLİK - FOTO

Yaponiya avtomobil istehsalçısı Toyota gələn ildən etibarən havaya tullantılar atmayan və hidrogen yanacaqla işləyən maşınların satışa buraxılacağını açıqlayıb.

Publika.az-ın məlumatına görə, cəmi bir neçə yüz ədəd istehsal ediləcək avtomobillərin qiymətinin baha olacağı bildirilir. Toyota şirkətinin mühəndisi Yoşikazu Tanaka bu gün Tokioda keçirilən mətbuat konfransında bu tipli maşınların "gələcəyin avtomobili" olacağına inandığını deyib.

Dörd qapılı Toyota Mirai-nin bazarda qiyməti 57 min 600 ABŞ dolları olacaq.

Yeni istehsal ediləcək avtomobillər sıxılmış hidrogen qazı ilə işləyəcək. Sıxılmış hidrogen Mirai avtomobilinin altında yerləşən iki çəndə saxlanacaq.

Hidrogen qazının istehsalı və germetikləşdirilməsində mədən yanacaq növündən istifadə edilməsinə baxmayaraq, bu avtomobillər ətrafa çirkli tullantılar atmır.

Avtobili sahibləri isə bu tipli yanacaq tapmalı olacaqlar. Müxtəlif ölkələrin hökümətlərinin hidrogen yanacaq doldurma məntəqələrinin salınması üçün subsiyadiyalar ayırmasına baxmayaraq, hələlik bütün dünyada çox az sayda belə yanacaq doldurma stansiyası var .

Toyota bildirir ki, bu maşınlar Yaponiyada dekabrın 15-dən etibarən, ABŞ və Avropada isə 2015-ci ilin yarısından sonra satışa çıxarılacaq. Honda və Hundai şirkətləri də yeni tipli yanacaqla işləyən az sayda avtomobillərin satışını həyata keçirir.

Toyota Motor Corp şirkəti Yaponiyada 400, digər ölkələrdə isə cəmi 300 avtomobil satmağı planlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm