Bakıda market belə soyuldu - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda market belə soyuldu - FOTO

Ötən gecə Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi 16 ünvanlı, 265 saylı məktəbin yaxınlığında yerləşən, Seyidov Soltan Şahir oğluna məxsus kiçik marketdən oğurluq hadisəsi baş verib.

Zərərçəkənin sözlərinə görə, oğrular marketə kiçik pəncərədən daxil olaraq, 500-600 manatlıq kontur, xeyli sayda siqaret qutuları, "Dell" markalı noutbuk və xırda mallar oğurlayıblar.

Hadisə Xətai rayonu 35-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

Hadisədən fotoları sizlərə təqdim edirik.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm