Abdulbari Gözəlin komandası “Hafka”nın klubunu “dağıtdı”
Bizi izləyin

İdman

Abdulbari Gözəlin komandası “Hafka”nın klubunu “dağıtdı”

Azərbaycan Premyer Liqasında yığmaların oyunlarına görə yaranmış 18 günlük fasilə başa çatacaq.

Publika.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.

"Araz Naxçıvan"ın çempionatdan çıxmasından sonra hər turda 4 oyun keçiriləcək və bir komanda məcburi şəkildə istirahət edəcək. Bu turda "Sumqayıt" bu hüquqdan yararlanacaq.

Artıq bir oyun başa çatıb. Turun açılış oyununda "Bakı" "Qarabağ"ı qəbul edib. Hesabı 6-cı dəqiqədə İnnosent Emeqara açıb. 4 dəqiqə sonra Nuran Qurbanov bərabərliyi bərpa edib. 15-ci dəqiqədə Emeqara "Qarabağ"ı yenidən hesabda önə keçirsə də, 36-cı dəqiqədə Risto Ristoviç yenidən bərabərlik yaradıb. İkinci hissədə müdafiədə daha etibarlı olan "Qarabağ" 70-ci dəqiqədə Reynaldo Silvanın qoluna sevinib. 8 dəqiqə sonra isə Leroy Corc son nöqtəni qoyub ( 4:2).

16:00-dan isə AZAL "Qəbələ" ilə ev oyununa çıxıb. Bakı klubu 9 oyundan sonra 9 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "Qəbələ" 12 xalla 5-ci yerdədir.

2014/15 mövsümü

II dövrə, XII tur - 20 noyabr

14:00 – “Bakı” – “Qarabağ” 2:4

16:00 - AZAL – “Qəbələ” 0:0

17:00 – “Simurq” – “Neftçi”

18:00 – “İnter” – “Xəzər Lənkəran”

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm