Qırmızı.az
“Qocalar evinə qəbul üçün məndən 1400 manat istədilər” - ŞOK İTTİHAM
“Üç ildir qocalar evinə düzəlmək üçün növbədəyəm. Həmin vaxt Bilgəhdəki qocalar evinə məni qəbul etmək üçün 1400 manat pul istədilər. Mənim o qədər pulum hardadır? Hansı qocalar evinə müraciət edirəmsə, yer olmadığını deyirlər. Bəs yer yox idisə, pul verəndən sonra necə imkan olacaqdı?” (http://publika.az/p/52390)
Bu sözləri Publika.az-a 64 yaşlı Tahirə Yusifova deyir.
Gedəcək yeri olmadığına görə, məcburiyyətdən Azərbaycan Uşaq Birliyinin sığınacağında yerləşib. Tahirə xanımın yeganə istəyi qocalar evlərinin birində yerləşdirilməsidir.
Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə Publika.az-a açıqlamasında Tahirə xanımla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiklərini dedi:
“Lakin müraciətimizə nə yazılı, nə də şifahi cavab verdilər. Dəfələrlə televiziyalardan da müraciət etmişik. İndi də qadına yazığım gəlir, bu yaşında o, uşaq sığınacağında yaşamaq məcburiyyətində qalıb. Müvafiq qurumlar isə artıq onunla maraqlanmır”.
T.Yusifova ilə bağlı biz də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Lakin nazirlik bizim də müraciətimizi cavabsız qoydu.
Gülxar
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...