Fransalı İŞİD-çilər dünyaya meydan oxudu – VİDEO
Bizi izləyin

Digər

Fransalı İŞİD-çilər dünyaya meydan oxudu – VİDEO

İŞİD terror təşkilatının üç fransız üzvü Fransanı və dünyanı təhdid edib.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, üç fransız İŞİD yaraqlısı təbliğat videosunda “Allahın düşmənlərini öldürmək, üzlərinə tüpürmək və maşınla başlarını əzmək üçün soydaşlarımı bura cihada çağırırıq” deyiblər.

Ərəbcə və ingilis dilində titrlə müşayiət olunan yeddi dəqiqəlik videoda döyüşçülər Fransa vətəndaşı olduqlarını təsdiq edən vəsiqələri yandırırlar. Maskasız və saqqallı yaraqlıların əllərində avtomat və uzun bıçaqlar olub.

Fransızca danışan yaraqlılar Fransadakı müsəlmanlara xitab edərək “İraq və Suriyaya gələ bilmirsinizsə, avtomobil və ya silahdan istifadə edərək olduğunuz yerdəki kafirləri öldürün. Qidalarına zəhər qataraq da öldürmək mümkündür” deyiblər.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm