ŞOK: Ruslar Britaniyalıların yataq otağına soxuldu
Bizi izləyin

Dünya

ŞOK: Ruslar Britaniyalıların yataq otağına soxuldu

Hakerlər Böyük Britaniyada videokameraların idarə sistemlərini qırıblar.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, yataq otaqları, bağlar və bütün ölkə üzrə binaların blokları və yüzlərlə obyekt rus saytı vasitəsilə nümayiş olunub.

Britaniyada rusdilli "canilər”dən şübhələnirlər. Birləşmiş krallığın komissarı Kristofer Qremin məlumatına görə, Rusiya hakimiyyətindən saytın dərhal bağlanmasını tələb edib.

Məlumatların müdafiəsi üzrə Britaniya təşkilatı olan “Information Commissioner's Office”nin nümayəndələrinin sözlərinə görə, sayt yalnız insanların evlərində olan real hadisələri göstərmir, həmçinin videokameranın coğrafi koordinatları və evin poçt indeksini göstərir: “Bu soyğunçular üçün potensial bələdçidir. Soyğunçulara demək istəyirlər ki, filan evin sahibi evdə yoxdur".

“Information Commissioner's Office” istifadəçilərə parolları əvəz etməyi və ya kameraları şəbəkədən ayırmağı məsləhət görüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm