Ankara Moskvadan hesabat istədi
Bizi izləyin

Dünya

Ankara Moskvadan hesabat istədi

Türkiyə təbii qazın təchizat həcminin əhəmiyyətli dərəcədə azalması ilə bağlı Rusiyadan hesabat tələb edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin təbii ehtiyatlar və enerji naziri Taner Yıldız ABŞ-ın energetika naziri Ernest Monis ilə görüşündə bildirib.

Türkiyəli nazir Rusiya hökumətini təbii qaz müqaviləsini icra etməyə çağırıb.

“Rusiyadan qazın çatdırılmasının həcmi 42 milyon kubmetr səviyyəsindən 27 milyon kubmetrə qədər düşüb. Bu heç də yaxşı olmayan haldır. Biz Ukrayna probleminin bir hissəsi olmaq istəmirik”, - deyə T.Yıldız deyib.

Bundan əvvəl isə Polşa, Slovakiya və Almaniya təbii qazın çatdırılmasında yaranan problemlərə görə Rusiyadan şikayətlənib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm