Ukraynada münaqişələr zamanı 4.317 nəfər həlak olub
Bizi izləyin

Dünya

Ukraynada münaqişələr zamanı 4.317 nəfər həlak olub

Şərqi Ukraynada münaqişə başlayandan noyabrın 18-dək 4.317 nəfər həlak olub, 9921 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin bu gün yaydığı hesabatında bildirilir.

Hesabata əsasən 4.300 nəfərdən əlavə 1000 nəfər sentyabrlə vurulub, 5 nəfər isə atəşkəs elan ediləndən sonra öldürülüb.

Bundan başqa hesabatda bildirilir ki, Ukraynanın şərqində işgəncə, adam oğurluğu, insan haqlarının pozulması halları davam edir.

Sentyabrın 5-dən atəşkəsin elan olunmasına baxmayaraq məcburi köçkünlərin sayının əhəmiyyətli dərəcədə artdığı bildirilir.

Hesabatda Ukraynanın şərqində qanunsuz məxvi həbsxanaların fəaliyyət göstərdiyi, həmin həbsxanalarada saxlanılanlara işgəncə verildiyi, minlərlə adamın itkin düşdüyü qeyd olunur. Münaqişə zonasına daxil olan rayonlarda minlərlə QİÇS və vərəm xəstələrinə tibbi yardımın göstərilmədiyi sənəddə xüsusilə vurğulanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm