PKK polisə xəbər verən kəndlini güllələdi
Bizi izləyin

Dünya

PKK polisə xəbər verən kəndlini güllələdi

Türkiyənin Ərzurum şəhərində PKK-çılar kəndə gəldiklərini jandarm qüvvələrinə xəbər verən 76 yaşlı kişini evinin qarşısında gülləyiblər.

Publika.az “haberler.com”a istinadən xəbər verir ki, Ərzurumun Tekman rayonunda 6 PKK-çının kəndə gəldiklərini və kəndliləri işlətdiklərini jandarma xəbər verən 76 yaşlı Mustafa Bingöl adlı vətəndaş evinin qapısında güllələnərək öldürülüb.

Gecə saatlarında Tekman rayonunun Hacıömər kəndinə gələn 6 nəfərdən ibarət PKK-çı qruplaşma Mustafa Bingölün qapısını döyüb. Qapı açılan kimi terrorçular Bingölü güllə yağmuruna tutub. 76 yaşlı qoca hadisə yerindəcə keçinib. Hücumdan sonra silahlı qrup qaranlıqdan istifadə edərək hadisə yerindən qaçıb.

Mustafa Bingölün qardaşı oğlu Murad Bingöl hadisə ilə bağlı açıqlamasında əmisinin kənddə terrora qarşı olan şəxs kimi tanındığını bildirib: “Üç həftə əvvəl terrorçular kəndə gəlib kəndliləri işlətməyə başlayıb. Əmim də bunu jandarma xəbər verdi. Hadisənin baş verdiyi gecə əmim üç nəvəsi və gəlini ilə birlikdə evdə oturmuşdu. Altı nəfər özünü hərbçi kimi tanıdaraq qapını döydü. Əmim qapını açan kimi güllə yağmuruna tutuldu. Əmim hadisə yerindəcə öldü. Nəvələri və gəlini isə güllə səsindən qorxub, evdə gizləniblər”.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm