Bazardakı yanğın söndürüldü
Bizi izləyin

Qırmızı.az

Bazardakı yanğın söndürüldü

Sabunçu qəsəbəsindəki bazarda yanğın baş verib.

Sabunçu Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, artıq hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb:

"Bununla bağlı bizə məlumat verilib. Odur ki, yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinə informasiya vermişik. Hazırda 2 yanğınsöndürən maşın hadisə yerinə cəlb olunub. Aidiyyəti bölmənin əməkdaşları da bu dəqiqələrdə hadisə yerindədir. Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə iş aparılır".

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimala görə, yanğın elektrik qısaqapanmasından baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm