Azərbaycan Fransa hökumətinə etiraz etdi
Bizi izləyin

Nida.az

Azərbaycan Fransa hökumətinə etiraz etdi

Azərbaycanın Fransadakı səfirliyi Fransa hökumətinə rəsmi etiraz bildirib. Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev məlumat verib.

XİN rəsmisinin sözlərinə görə, etiraza səbəb Fransanın Buk-Bel-Er şəhərinin meri Rişar Malye ilə Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçisi Narine Aqabalyan arasında “dostluq bəyannaməsi” imzalamasıdır.

H.Hacıyev bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Azərbaycan və Fransa arasında dostluq və əməkdaşlıq münasibətləri var. Fransa bizim Avropadakı əsas tərəfdaşlarımızdan biridir. Lakin çox təəssüf ki, erməni diasporu və onların tərəfdarları iki ölkə arasında dostluq münasibətlərinə kölgə salmağa çalışırlar. Sözügedən “dostluq bəyannaməsi” də bu cür addımlardandır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm