İŞİD İstanbulun mərkəzindən 7 uşaq qaçırdı
Bizi izləyin

Dünya

İŞİD İstanbulun mərkəzindən 7 uşaq qaçırdı

İŞİD terror təşkilatının üzvləri Türkiyənin İstanbul şəhərinin mərkəzindən bir ailənin 7 uşagını qaçıraraq Suriyaya aparıb.

Publika.az xəbər verir ki, qaçırılan uşaqların atasının iddialarına görə, uşaqlar anaları tərəfindən qonşu ölkəyə aparılıb. Yeniyetmələrin valideyni Şəfiq Özdəmir bildirib ki, o, övladlarının taleyi ilə maraqlanmaq üçün bütün vasitələrdən istifadə edib. Hətta İŞİD qruplaşmasının üzvləri ilə əlaqə qurub.

İŞİD üzvləri uşaqların onların əlində olduğunu təsdiq ediblər. Terrorçular Özdəmirdən “kafirlər”lə döyüşmək üçün Suriyaya gəlməsini tələb ediblər. “Uşaqların hamısı buradadır, onlar heç bir sıxıntı yaşamırlar. Nə edəcəyini bilirsən – İslam dövləti sıralarına qoşul. Arvadın da burdadır. Özün bilirsən, bura gəlsən, İslam hökmlərinə əməl etmək məcburiyyətindəsən”, – deyə İŞİD üzvləri uşagın atasına bildiriblər.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm