Qırmızı.az
FHN və Baş Prokurorluqdan xəbərdarlıq: "Özünüzü qoruyun"
Son zamanlar özlərini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kimi təqdim edən bəzi dələduzlar tərəfindən yoxlama adı altında aldadılaraq ayrı-ayrı sahibkarlara təzyiqlərin edilməsi, fəaliyyətlərinə qanunsuz müdaxilələrə yol verilərək normal iş prosesinə maneçilik törədilməsi, hətta müəssisənin fəaliyyətini dayandırmaq hədə-qorxusu ilə onlardan pul tələb edilməsi halları barədə məlumatlar daxil olmaqdadır.
Publika.az-ın FHN və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumata istinadən xəbər verir ki, belə halların vaxtında aşkar olunaraq həmin şəxslər barəsində qanunvericiliyə uyğun ölçü götürülməsi istiqamətində müvafiq tədbirlər görülür.
Qeyd edilənləri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi və
Respublika Baş Prokurorluğu bütün fiziki və hüquqi şəxslərə
müraciət edərək xahiş edir ki, yoxlamaya gəlmiş şəxslərdən xidməti
vəsiqə və həmin yoxlamaya səlahiyyət (icazə) verən müvafiq sənədi
təqdim etmələrini tələb etsinlər, eyni zamanda, həmin şəxslərin
nazirliyin əməkdaşı olduğuna və ya yoxlamanın əsaslılığına şübhə
yarandıqda isə aidiyyəti üzrə aşağıda göstərilən telefon nömrələri
vasitəsilə dəqiqləşdirmə aparsınlar:
- FHN Dövlət Yanğın Nəzarəti Xidməti – (12) 512-26-02; (50)
240-90-37;
- FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi – (12)
512-21-83;
- FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi – (12) 512-15-02; (55) 512-12-01;
- FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi – (12) 512-46-26; (12) 512-46-37; (12) 512-46-34;
- FHN Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi – (12) 512-17-12; (12) 512-17-37.
Fiziki və hüquqi şəxslərdən onların rastlaşdıqları hər hansı qanun
pozuntusu ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin “112” və
ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin
“161” qaynar xətt əlaqə mərkəzlərinə məlumat vermələri xahiş
olunur.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO