Dünya
Dərbənddə antiterror əməliyyatı - Vəliyev öldürüldü
Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində “Süleyman-Stalskoy” adlanan dəstənin lideri və onun cinayət yoldaşlarından biri məhv edilib.
Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə Milli terrorçuluğa qarşı komitənin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, antiterror əməliyyat gücləri dəstənin Vəlibəy Vəliyev və onun silahdaşını şəhərin Salman küçəsindəki doqquzmərtəbəli binanın mənzillərindən birində olması barədə informasiya alıb. Antiterror əməliyyatı gücləri güclü silahlı müqavimətlə qarşılaşıb və onlar cavab atəşi ilə məhv edilib.
Hadisə yerində aparılan axtarışların nəticəsində avtomat silah, tapança və radiostansiya aşkarlanıb.
Qeyd olunur ki, “Süleyman-Stalskoy” dəstəsinin 26 yaşlı lideri V.Vəliyev federal axtarışda olub. Onun sahibkarlardan zor gücünə böyük məbləğdə pul aldığı və polis əməkdaşlarının avtomobillərində partlayışlar təşkil etdiyi bildirilir.
Ömər Dağlı
-
Magazin119:10
Brilliant Dadaşovanın rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR