"Mançester Yunayted"dən sürpriz transfer
Bizi izləyin

İdman

"Mançester Yunayted"dən sürpriz transfer

"Şaxtyor" klubunun müdafiəçisi Dario Srna karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə məşhur idman jurnalisti Asa Stoyanoviç məlumat verib. O, mətbuata bildirib ki, Srna da təklifə müsbət yanaşıb:

“MY” xorvat futbolçuya təklif göndərib. Onlar yanvarda Srnanı almaq istəyirlər. Srnanın bu təklifə razılıq verəcəyi gözlənilir".

Qeyd edək ki, Duşan Tadiçin "Tvente"dən "Sauthempton"a transferi barədə ilk məlumatı da məhz Stoyanoviç vermişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm