Ərdoganın sözləri gülüşə səbəb oldu
Bizi izləyin

Dünya

Ərdoganın sözləri gülüşə səbəb oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganın bir neçə gün bundan əvvəl Müsəlman Dini Liderləri Zirvəsində söylədiyi “Amerika qitəsini Kolumb deyil, 1178-ci ildə müsəlmanlar kəşf etdi” sözlər hələ də Qərb dairələrinin müzakirə mövzusudur.

Publika.az xəbər verir ki, İspaniyanın məşhur Salamanca Universitetinin Hüquq fakültəsi “Türkiyədə keçirilən prezident seçkiləri” mövzusunda seminar düzənləyərək ölkə başçısı Rəcəb Tayyib Ərdoganın bu iddiasını müzakirəyə çıxarıb. Xeyli professorun və tələbənin qatıldıgı seminarda Ərdoganın son günlər gündəmə gətirdiyi və böyük müzakirələrə səbəb olan “Amerika qitəsini müsəlmanlar kəşf etdi” açıqlaması maraqla qarşılanıb. Lakin bir sıra şəxslər Ərdoganın fikirlərini gülüşlə qarşılayıblar.

Seminarda çıxış edənlərdən birinin “Kolumbun türk olma ehtimalı varmı?” sualı iştirakçıların uzun sürən gülüşünə səbəb olub. Seminarın təşkilatçılarından olan hüquq professoru Jan M.Bautista Türkiyədəki prezident seçkilərinin AKP ilə başlayan yeni siyasi mövsümə yol açdığını bildirib. Bautista Türkiyənin Ərdogan ilə birlikdə radikal bir dönəmə daxil olduğunu, Qərbdən uzaqlaşaraq Şərqə inteqrasiyaya başladığını vurğulayıb. Türkiyə Cümhuriyyətinin Avropa üçün önəmli ölkə olduğunu diqqətə çatdıran professor Ərdogan hakimiyyətinin həyata keçirdiyi tədbirlərin ispan araşdırmaçıları üçün müzakirə mövzusuna çevrildiyini deyib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm