Kiyev uşaqları xilas əməliyyatına başladı
Bizi izləyin

Dünya

Kiyev uşaqları xilas əməliyyatına başladı

Luqansk vilayətinin qubernatoru Gennadi Moskal Ukraynanın qərb regionları və Avropaya Yeni il bayramında iştirak etməsi üçün on min uşağın göndərilməsini təşkil edir.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Moskal kampaniyanın təşkili üçün vilayətlərin qubernatorları və şəhərlərin merlərinə yardım xahişi ilə məktub yazdığını bildirib.

O həmçinin Şərqi Avropa ölkələri - Rumıniya, Polşa, Çexiya, Slovakiya və Macarıstan hökumətlərinə analoji xahişlə müraciət edəcəklərini deyib.

“Qoy uşaqlar Qərbi Ukrayna və Avropanın nə olduğunu görsünlər. Rusiya jurnalistlərinə qulaq asmasınlar", - deyə Moskal söyləyib.

Luqansk vilayətinin qubernatorunun fikrincə, yaşlı nəsli inandırmaq artıq mümkün deyil: “Yaşlı nəsli - Regionlar Partiyasının nüvə elektoratı olan kommunistləri və separatçıları yenidən tərbiyələndirmək artıq mümkün deyil”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm