Homoseksuallar üçün ömürlük həbs cəzası tətbiq edildi
Bizi izləyin

Dünya

Homoseksuallar üçün ömürlük həbs cəzası tətbiq edildi

Qambiya prezidenti Yayya Djamme homoseksualizmə görə ömürlük həbsin tətbiqi haqqında qanunu imzalayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qanun layihəsi hələ 9 oktyabrda imzalansa da, bu barədə məlumat yalnız indi açıqlanıb.

Dövlət başçısı 2008-ci ildə homoseksuallar və lesbiyanlara ölkədən getməyi məsləhət görüb. Djamme əks təqdirdə onların başının kəsilə biləcəyini deyib.

Qambiyada homoseksualları indiyə qədər 14 il azadlıqdan məhrum edilmə cəzası gözləyirdi. Noyabrın 7-dən Qambiyada homoseksual əlaqələrdə ittiham olunan səkkiz nəfər həbs edilib.

1996-cı ildən prezident postunu tutan Yayya Djamme özünün qalmaqallı təşəbbüsləri ilə məşhurdur. Dövlət başçısı 1999-cu ildə xalasının ölümündə cadugərləri ittiham edib və ölkədə "cadugər ovu" elan olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm