Lukaşenko müəllim olacaq
Bizi izləyin

Dünya

Lukaşenko müəllim olacaq

Belarus prezidenti Aleksandr Lukaşenko prezidentlik müddətinin tamamlanmasından sonra rektor və ya ali məktəbin müəllimi ola bilər.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının özü Belarus Dövlət Pedaqoji Universitetinin məzunları, tələbə və müəllimləri ilə görüşdə bildirib.

“Mənim üçün ən yaxşı vəzifə bu ali məktəbin rektorudur. Müəllim olmağa da qarşı çıxmazdım. Səhhətim imkan verərsə, prezident karyerasının tamamlanmasından sonra müəllim olmağa hazıram”, - A.Lukaşenko deyib.

Xatırladaq, Belarusda növbəti prezident seçkiləri 15 noyabr 2015-ci il keçirilməlidir. 1994-cü ildən prezident postunu tutan A.Lukaşenko seçkilərdə iştirakını istisna etmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm