Azərbaycan prezidenti Bolqarıstanın vitse-prezidentini qəbul edib
Bizi izləyin

Nida.az

Azərbaycan prezidenti Bolqarıstanın vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 21-də Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının işində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popovanı qəbul edib.


Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.


Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popova Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. O, Azərbaycan prezidentinin konfransa ünvanlandığı müraciətin əhəmiyyətini xüsusi vurğulayıb.


Söhbət zamanı Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının Bakıda keçirilməsinin önəmi qeyd olunub, sessiyada müzakirə edilən məsələlərin bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin aparılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm