Putinə səkkizinci dan kəmər verildi
Bizi izləyin

İdman

Putinə səkkizinci dan kəmər verildi

Kekusin-kan karate-do Beynəlxalq təşkilatının beynəlxalq komitəsi Rusiya prezidenti Vladimir Putinə səkkizinci dan Kekusin-kan kəməri verib.

Publika.az-ın “lenta.ru” xəbər saytına istinadən verdiyi məlumata görə, bu barədə beynəlxalq təşkilatın prezident Xaçuo Royamanın adından V.Putinə məktub göndərib.

Xaçuo Royaman “Karate-Do” idman növü üzrə Yaponiya çempionudur. O, dəfələrlə Moskvada olub. Royama 2001-ci ildə Putinə beşinci, 2009-cu ildə isə yeddinci Kekusin-kan kəməri verib.

Karate üzrə yapon ustalarının Rusiya prezidentinə belə diqqət göstərməsi təsadüfi deyil. Putinin özü şərq təkbətək döyüş növləri ilə maraqlanır və onların Rusiyada populyarlaşmasına çalışır. Putin 11 yaşından sambo və cüdo ilə məşğuldur. Putin cüdo və sambo üzrə idman ustasıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm