Snoudendən növbəti “bomba”
Bizi izləyin

Dünya

Snoudendən növbəti “bomba”

Hazırda Rusiyada yaşayan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq əməkdaşı Edvard Snouden yeni sənədləri açıqlayıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sənədlərə əsasən “Vodafone” rabitə şirkətinin şöbəsi olan “Cable & Wireless” şirkəti Britaniyanın GCHQ xüsusi xidmət orqanına müştəriləri izləməyə kömək edib.

Snoudenin açıqladığı sənədlər Almaniyanın WDR və NDR telekanalları, “Sueddeutsche Zeitung” qəzeti, həmçinin Britaniyanın “Channel4” telekanalının sərəncamına daxil olub.

Sənədlərə görə, “Cable & Wireless” şirkəti “Gerontic” kod adı altında çıxış edib. Sənədlərin analizi həmçinin “Gerontic” və xüsusi xidmət orqanlarının əməkdaşlarından təşkil olunan “ümumi layihə qrupu"nun mövcud olduğunu göstərir. Mümkün risklərin "ümumi layihə qrupu”nun üzvləri tərəfindən müzakirəsi barədə daxili hesabat mövcuddur.

Bundan başqa sənədlərdə deyilir ki, Britaniya xüsusi xidmət orqanlarının əməkdaşları “ümumi layihə qrupunun əməkdaşları” kimi “Gerontic”də işləyirblər. Başqa sənədlər göstərir ki, 2009-cu ildə GCHQ-ə daxil olan məlumatların təxminən 70 faizi “Cable & Wireless” şirkəti vasitəsilə ötürülüb.

“Vodafone” şirkətinin özündən isə bildiriblər ki, “Cable & Wireless” şirkəti 2012-ci ildə alınıb və iddialar doğru deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm