Krım Ukrayna hakimiyyəti üçün “MDB tribunalı” yaratmaq niyyətindədir
Bizi izləyin

Dünya

Krım Ukrayna hakimiyyəti üçün “MDB tribunalı” yaratmaq niyyətindədir

“Krım Respublikası”nın rəhbərliyi “öz xalqını məhv edən” Ukrayna hakimiyyəti üçün tribunal təşkil etmək niyyətindədir.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Krımın başçısı Sergey Aksyonov və Dövlət Şurasının spikeri Vladimir Konstantinov bildirib.

Krım rəhbərliyinin fikrincə, tribunal peşəkar olmalı, Rusiya və digər MDB ölkələrinin nümayəndələrinin iştirakı ilə yaradılmalıdır.

“Tribunal qarşısında Ukraynada hakimiyyət dəyişikliyinin ideoloqları və təşkilatçıları dayanmalıdır. Onlar Odessada insanları yandırdı, bizim “Berkut” üzvlərini öldürmək əmri verirdi", - V.Konstantinov deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm