Futbolda ilginc dəyişiklik: penaltilər oyundan öncə olacaq
Bizi izləyin

İdman

Futbolda ilginc dəyişiklik: penaltilər oyundan öncə olacaq

UEFA qaydalarda dəyişiklik etmək niyyətindədir.

Belə ki, ehtiyat oyunçuların sayının çoxalması və 10 dəqiqəlik cəzaların tətbiq olunması gündəmdədir.

Ancaq hələ ki bunların tətbiqi gözlənilmir.

UEFA bəzi dəyişiklikləri 2016-cı il Avropa çempionatına qədər çatdırmağı düşünür.

Publika.az xəbər verir ki, bu barədə məhşur "İndependent” nəşri məlumat yayıb.
Ən böyük dəyişiklik qərarı bir oyunluq mərhələnin penalti vuruşlarını 120 dəqiqənin sonunda yox, 90 dəqiqədən sonra və ya oyunun başlanma fitindən öncə tətbiq olunmasıdır.

Qalib gələn tərəf bərabərlik olacağı təqdirdə birbaşa növbəti mərhələyə vəsiqə qazanacaq. Beləliklə, tərəflərdən birinin müdafiəyə çəkilməsi və ya başqa sözlə qapı ağzında sədd qurmasının, azarkeşlərin marağını artırmaq üçün sönük oyunun qarşısı alınacaq.


Həmçinin yeni qərarlara əsasən, ehtiyat oyunçuların sayının 11 nəfərə çatdırılması da gündəmdədir. Digər bir təklif isə, buz xokkeyindəki kimi, oyunçuların bir müddətlik cəzalanmasıdır. Belə ki, "sin bin" adlanan komandaların bir müddət azlıqda qalması kimi tanınan qaydanın da futbolda tətbiq olunacağı gözlənilir.

Bu qərarla bir o qədər ağır qayda pozuntusu etməyən futbolçuların meydandan 10 dəqiqəlik uzaqlaşdırılması nəzərdə tutulur.

Yeni qaydaların yoxlanılması işi Ser Aleks Ferqüsona həvalə edilib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm