Kürdəmir və Qazaxda yol qəzası: 1 ölü, 1 yaralı
Bizi izləyin

Qırmızı.az

Kürdəmir və Qazaxda yol qəzası: 1 ölü, 1 yaralı

Kürdəmir rayonu, Qarabucaq sovxozunda vətəndaşa məxsus "Hyunda" markalı minik avtomobili yolun kənarına aşıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, nəticədə sürücü Vaqif Əlizadənin cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qazax rayonu, Çaylı kəndində isə vətəndaşa məxsus "Naz Lifan" markalı minik avtomobili yolun kənarına aşıb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm