Putin və Nazarbayev Qərbin sanksiyalara qarşı birləşir
Bizi izləyin

Dünya

Putin və Nazarbayev Qərbin sanksiyalara qarşı birləşir

Qazaxıstan və Rusiya prezidentləri Nursultan Nazarbayev və Vladimir Putin arasında telefon söhbəti olub.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Qazaxıstan və Rusiya prezidentləri qışın yaxınlaşmasını nəzərə alaraq Ukraynadakı böhran haqqında fikir mübadiləsi aparıblar. Qərbin sanksiyaları və Rusiya Federasiyasının cavab addımlarını müzakirə edən dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişafından danışıb.

"Söhbət zamanı Qazaxıstan və Rusiya prezidentləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 23 dekabrda Moskvada keçiriləcək iclası, həmçinin Ali Avrasiya İqtisadi Şurasının növbəti toplantısı və Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına birləşməsi məsələsini müzakirə ediblər”, - xəbərdə deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm