İdman
Avropa Olimpiya Komitəsinin prezidenti: “Eurovision” hamımızı ruhlandırıb"
“Böyük iftixar hissi ilə bir daha Bakıya gəlməkdən məmnunluğumu ifadə edirəm. Cənab Prezident İlham Əliyev, Mehriban xanım Əliyeva, məni və həmkarlarımı belə səmimiyyətlə qarşıladığınıza görə minnətdarlığımı bildirirəm. Mən dəfələrlə Bakıda olmuşam və hər dəfə buraya gələndə sanki öz doğma evimə gəldiyimi hiss edirəm. “Eurovision” hamımızı ruhlandırıb".
Publika.az xəbər verir ki, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası ilk iş günündə çıxış edərkən deyib.
Yaradılan şəraitə görə, Prezident İlham Əliyevə təşəkkür edən , görülmüş işlərin ən yüksək standartlara cavab verdiyini bildirib.
"Mən bunu gələn il “Bakı-2015” ilk Avropa Oyunlarında da
görəcəyimizə inanıram.
Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin rəhbəri Mehriban
Əliyeva, bu gün bu tədbirdə iştirakınıza görə Sizə öz
minnətdarlığımızı bildiririk.
Hörmətli əziz dostlar, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti
Tomas Baxın burada olması məni xüsusilə məmnun edir. Biz çox şadıq
ki, siz çox gərgin iş qrafikinizdən vaxt tapıb Avropa Olimpiya
Komitəsinin Baş Assambleyasına təşrif buyurmusunuz. Sizin
hamınızdan cənab Tomas Baxı Avropa Olimpiya Komitəsinin 43-cü Baş
Assambleyasına gəldiyinə görə sürəkli alqışlamağı xahiş edirəm.
Ümid edirəm, hamınız Bakıda olacağınız müddətdən zövq alacaqsınız.
Bakı çox füsunkar və ecazkar bir şəhərdir. Burada əvvəl olmayanlar
da əminəm, bu səfərdən sonra yekdilliklə söyləyəcəklər ki, Bakı
həqiqətən də gələn il ilk Avropa Oyunlarını çox mükəmməl səviyyədə,
layiqincə keçirəcək. Azərbaycanın ev sahibliyi əminəm ki, burada
qalacağınız günlərdə ürəyinizcə olacaq. Amma çox da arxayın
olmamalıyıq, çünki görəcəyimiz işlər də var”.
Onun sözlərinə görə, Baş Assambleyanın toplantısı Olimpiya
hərəkatında çox mühüm bir məqama təsadüf edir: “Məhz 14 aydır ki,
Tomas Bax Beynəlxalq Olimpiya Komitəsinin prezidenti seçilib və
indi biz artıq onun rəhbərliyi ilə çox mühüm tarixi bir məqama
çatırıq - 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarının proqramı
tezliklə müəyyənləşdiriləcək. Cənab prezident Bax, biz Avropa
Olimpiya Komitəsinin rəhbərləri sizi dəstəkləyirik. Gəlin, öz
işimizə başlayaq və 43-cü Baş Assambleyada atacağımız mühüm
addımlarla Avropa Olimpiya Komitəsinin zəngin tarixinə öz töhfəmizi
verək”.
Sonra Patrik Hikki Avropa Olimpiya Komitəsinin xatirə hədiyyələrini
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim
etdi.
Daha sonra Patrik Hikki idman karyerası ərzində bir çox uğurlara
nail olan, dünyada idmanın inkişafında mühüm xidmətlər göstərən,
Olimpiya ideallarına sadiqliyi ilə seçilən Beynəlxalq Olimpiya
Komitəsinin prezidenti Tomas Baxa Avropa Olimpiya Komitəsinin
“Şöhrət” medalını təqdim etdi.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye