İŞİD Bağdada hücuma keçdi
Bizi izləyin

Dünya

İŞİD Bağdada hücuma keçdi

“İslam Dövləti” (İŞİD) terror qruplaşması növbəti hədəfi İraqın paytaxtı Bağdaddır.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İraq ordusu İŞİD-in Bağdada mümkün hücumunu dəf etmək üçün yüksək hazırlıq vəziyyətinə gətirilib.

İŞİD paytaxta yaxınlaşmaqda davam edir. Bu günlərdə Anbar vilayət məclisi fövqəladə toplantısını keçirərək İŞİD-in hücum ehtimalına qarşı bir günlük küçəyə çıxmamaq barədə qadağanı elan etmişdi.

İŞİD şəhərin cənub, şimal və qərb hissələrində yerləşmiş vəziyyətdədir. İraq ordusu ilə İŞİD arasında tez-tez qarşıdurmalar yaşanır.

İŞİD üzvləri təxminən bir aydır ki, bölgəyə qida, dərman və yanacağın danışmasına maneə törədir. Terror qruplaşması keçən ay Anbar vilayətinin Ramadi və Fellucə şəhərlərini, eləcə də Hit mahalında yeni bölgələri ələ keçirəndən sonra vilayətin 80 faizinə nəzarət etdiyini açıqlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm