Co Bayden Əhməd Davudoğlunu güldürdü - VİDEO, FOTO
Bizi izləyin

Dünya

Co Bayden Əhməd Davudoğlunu güldürdü - VİDEO, FOTO

ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyəyə gəlib.

Publika.az xəbər verir ki, Baydeni Atatürk hava limanında Türkiyənin Baş naziri Əhməd Davudoğlu qarşılayıb. Hava limanında jurnalistlərin suallarını cavablandıran vitse-prezident öz nitqi ilə Əhməd Davudoğlunu güldürüb.

"Sonuncu dəfə Davudoğlunu görəndə o, Xarici İşlər naziri idi. İndi isə bir pillə yuxarı vəzifəyə yüksəlib. Amma mən hələ də vitse-prezidentəm. Bu barədə ondan dərs almalıyam", - Bayden yarızarafat əlavə edib.

“Uzun zamandır bir-birimizi tanıyırıq və çox uzun zamandan bəri dostuq. Həm dost, həm NATO müttəfiqi Türkiyədə olduğum üçün çox xoşbəxtəm. Bosniya və Kosovada ortaq işlərimizi xatırlayıram. Bir çox mövzuda, eyni zamanda, çətin mövzularda birlikdə çalışdıq. Hərbi əməkdaşlığımız çox güclüdür və bir-birimizə güvənirik”, - Co Bayden vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm