“Dünən Kiyev – sabah Moskva” – Moskvada Maydana dəstək aksiyasından VİDEO
Bizi izləyin

Dünya

“Dünən Kiyev – sabah Moskva” – Moskvada Maydana dəstək aksiyasından VİDEO

Rusiyanın paytaxtı Moskvada Kiyevdəki Maydan hadisələrinin başlanmasının ildönümünə dəstək olaraq aksiya keçirilib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, təxminən 20 insan "Dünən Kiyev - sabah Moskva", “DXR cəhənnəmə!" kimi şüarlar səsləndiriblər.

Aksiya iştirakçılarından biri Aleksandr Yanukoviç rejiminə qarşı çıxan Ukrayna xalqına dəstək üçün küçəyə çıxdığını bildirib.

“İnqilab zamanı ukraynalılar göstərdilər ki, millət öz zülmkarını devirməyi bacarır. Bu gün biz Ukrayna xalqının inqilabi mübarizəsinə həmrəylik əlaməti olaraq Rusiya paytaxtının küçələrinə çıxdıq. İnanırıq ki, bir il əvvəl Kiyevdə yandırılmış inqilab alovu bizim ölkəmizə də atılacaq", - o deyib.

Aksiyanın 10 iştirakçısı xüsusi təyinatlı milis dəstəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yürüşə görə nəqliyyatın hərəkəti müvəqqəti kəsilmişdi. Aksiya polisin gəlməsinə qədər başa çatıb. Yürüşün keçiriləcəyi ünvanlar son ana qədər milis əməkdaşlarından gizli saxlanılmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm