Gülən bunu Ərdoğandan 7 il əvvəl söyləyib? – Polemika
Bizi izləyin

Dünya

Gülən bunu Ərdoğandan 7 il əvvəl söyləyib? – Polemika

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika qitəsini Kolumbun deyil, 1178-ci ildə müsəlmanların kəşf etdiyini söyləməsi ətrafında polemika davam edir.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Amerika qitəsinin müsəlmanlar tərəfindən kəşf edilməsinin 7 il əvvəl dini lider Fətullah Gülən, 8 il əvvəl isə “Zaman” qəzetinin yazarı Mustafa Bağış tərəfindən gündəmə gətirildiyi ortaya çıxıb.

F.Gülənə məxsus saytda “İnsanların Amerikaya keçməsi necə olmuşdur?" başlıqlı yazısında bu cümlələrə yer verilib: "Son olaraq bunu da söyləyə bilərik. Berinq boğazı bəzən buzlarla örtüldüyü üçün bu gün də Rusiyadan Amerikaya keçmək mümkündür. Həm də belə qısa bir məsafəni ən ibtidai sallarla da keçmək olar. Müasir gəmilərin olmadığı bir dövrdə Kristof Kolumbdan əvvəl müsəlman səyyahların, həm də atlarını yüklədiyi gəmilərlə Amerikaya keçib oranı kəşf etdikləri dövrümüzün araşdırmaçılarının böyük əksəriyyəti tərəfindən qəbul edilən açıq gerçəkdir…”

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm