Bizim bir Yaşarımız var: unudulmaz aktyorun ölümündən iki il keçir
Bizi izləyin

Tabloid.az

Bizim bir Yaşarımız var: unudulmaz aktyorun ölümündən iki il keçir

"Sən yaxşı qızsan, Gülnar"...

Şübhəsiz ki, xüsusi təqdimata ehtiyac yoxdur.

Yaşar Nuri deyəndə yadıma çox obrazlar düşür, çox ifadələr düşür. Onun möhür vurduğu obrazlar, həmin obrazların dilindən söylənən və yaddaşımızda daşlaşan, bəzən söhbət əsnasında dilimizdən çıxan, amma haradan, niyə gəldiyini özümüz də düşünmədiyimiz ifadələr. Məsələn: "monqol dublyonkalarını monqol turistləri..." Gerisini söyləməyə ehtiyac qalmır. Elə söhbəti yarıda saxlayıb gülümsəyirik.

Onun sevilməyən obrazı yadımda deyil. Dadaşovu da, Surxayzadəni də, Həsənağanı da, Qəhrəmanı da, Cücəni də, Andrey Buslayı da jestlərinə, sözlərinədək, mimikalarınadək dəqiqliklə xatırlayıram.

Amma Elçinin ( “Səni axtarıram”, Aslam Qəhrəmanov) yeri başqadır: "Bizim evdə bir Elçin var, özü də yaman qısqancdır..."

Həmin cümləni belə də oxumaq olar, bizim bir Yaşar vardı, özü də yaman istedadlıydı - ağladırdı da, güldürürdü də, kədərləndirirdi də, sevindirirdi də, hamsını da eyni istedadla eləyirdi. Bütün obrazlarda da sevilirdi.

Bu gün Yaşar Nurini itirməyimizin ikinci ildönümü tamam olur. Gəlin onun həyat yoluna birlikdə nəzər salaq:

Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

Səhnəyə ilk dəfə on bir yaşında çıxıb. Nüxtəlif dram dərnəklərinə üzv olub.

1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə...", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarından yadda qalıb.

Allah rəhmət eləsin!

Rəbiqə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm