Lavrov: “Sanksiyaların hədəfi rejimi dəyişməkdir”
Bizi izləyin

Dünya

Lavrov: “Sanksiyaların hədəfi rejimi dəyişməkdir”

“Qərb Rusiyanın iqtisadiyyatını dağıtmaq və rejimi dəyişmək niyyətindədir”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın xarici işlər naziri Serqey Lavrov politoloqlar, siyasətçilər, diplomatlar, jurnalist və beynəlxalq hüquq mütəxəssisləri ilə görüşdə deyib.

Rusiya xarici işlər nazirinin sözlərinə görə, Qərb liderləri Rusiyada rejimin dəyişməsinİ istəyirlər: “Sanksiyaların əsas hədəfi iqtisadiyyatı dağıtmaq və xalq etirazının başlanması üçün münbit şərait yaratmaqdır”.

Rusiyanın Avropa ilə əməkdaşlıqdan imtina etməyəcəyini deyən nazir amma əlaqələrin həmişəki kimi olmayacağını dilə gətirib: “Rusiyanın təcrid edilməsi haqqında danışıqlar müzakirə belə oluna bilməz. Sanksiyalar nəticəsində yalnız Rusiya iqtisadiyyatına deyil, onları qəbul edən ölkələrin iqtisadiyyatına da zərər dəyəcək. Belə hərəkətlər beynəlxalq iqtisadi münasibətlər sistemini dağıdır”.

S.Lavrov ABŞ və onun rəhbərlik etdiyi koalisiyanın İŞİD terror təşkilatına qarşı əməliyyatlarını da tənqid edib. O, ABŞ-ın İŞİD-ə qarşı mandat üçün BMT Təhlükəsizlik Şurasına müraciət etmək istəmədiyini bildirib: “ABŞ Əsədin statusunu möhkəmləndirməmək üçün bunu edir. ABŞ-ın dövlət katibi bildirib ki, Əsəd terrorçuları cəlb edən amildir. Belə bir təəssürat formalaşır ki, İŞİD-ə qarşı ABŞ-ın əməliyyatı Suriya rejiminin dəyişməsinə xidmət edir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm