Ukrayna “Qolodomor” qurbanlarını yad edir
Bizi izləyin

Dünya

Ukrayna “Qolodomor” qurbanlarını yad edir

Ukraynada bu gün "Qolodomor" qurbanları yad edilir.

1932-33-cü illərdə Ukraynada “Qolodomor”a qurbanlarının sayı 10 milyon 63 min insan olub. Kiyev apelyasiya məhkəməsi indiki Ukrayna əhalisinin təxminən dörddə birinin aclıqdan həlak olduğunu müəyyənləşdirib.

Kiyevdə “Qolodomor” qurbanlarının xatirəsinə ucaldılan memorialın qarşısında keçiriləcək tədbirlərdə prezident Pyotr Poroşenko, baş nazir Arseniy Yasenyuk və Kiyev meri Vitali Kliçkonun iştirakı gözlənilir. Mərasim bir dəqiqəlik ümummilli sükut və yerli vaxtla saat 16:00-da şamların yandırılması ilə başa çatacaq.

Qolodomor” sözü Ukrayna dilində iki sözdən "aclıq" və "öldürmək" sözlərindən əmələ gəlib. Bu hadisə ukraynalılar tərəfindən 1932-1933-cü illərdə kommunist rejimi tərəfindən Ukrayna xalqına qarşı törədilmiş soyqırım aktı hesab olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm