Davudoğlu: “Bakı-Tiflis-Ceyhan layihəsinə kimsə inanmırdı, amma…”
Bizi izləyin

Dünya

Davudoğlu: “Bakı-Tiflis-Ceyhan layihəsinə kimsə inanmırdı, amma…”

“Bakı-Tiflis-Ceyhan layihəsinə kimsə inanmırdı, amma oldu. Azərbaycan böyük rifah qazandı və Gürcüstan ilə Türkiyə də faydalandı”.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə baş naziri Əhməd Davudoğlu Atlantik Şurası energetika sammitinin toplantısında çıxışı zamanı deyib.

Türkiyə baş naziri Transanadolu (TANAP) qaz kəməri layihəsinin enerjidən çox bir sülh layihəsi olduğunu bildirib: “İraqın həm əhalisi, həm də yeraltı zənginlikləri çoxdur. İraq da bu zənginlikdən sülh üçün istifadə edə bilərdi. Əgər İraqda sabitlik olsa, 5 ildə ən çox inkişaf edən ölkələr arasına daxil olar. Təəssüf ki, bu belə deyil”.

Ə.Davudoğlu Cənubi Qafqazda həll edilməmiş münaqişələrin də Türkiyəyə mənfi təsir göstərdiyini vurğulayıb. Baş nazir sözügedən münaqişələr, ilk növbədə Dağlı Qarabağ münaqişəsində Türkiyənin mövqeyinin dəyişməz olduğunu dilə gətirib.

O, əlavə edib ki, Ankara regionda sabitliyi dəstəkləyir, qonşu ölkələrdə münaqişələrin nizama salınmasına cəhd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm