Mübariz Qurbanlı Gürcüstanın dövlət naziri ilə görüşüb - FOTO
Bizi izləyin

Nida.az

Mübariz Qurbanlı Gürcüstanın dövlət naziri ilə görüşüb - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə səfərdə olan Gürcüstanın diaspora məsələləri üzrə dövlət naziri Gela Dumbadzeni qəbul edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Gürcüstanın qonşu, dost və qardaş ölkələr olduğu, siyasi, iqtisadi, dini və mədəni sahələrdə münasibətlərin bundan sonra da uğurla inkişaf etməsinin vacibliyi vurğulanıb.

G. Dumbadze səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib. Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze də iştirak edib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm