Bilik Fondunun “Fikir şənbəsi”ndə: “Asiye nasıl kurtulur?
Bizi izləyin

Qırmızı.az

Bilik Fondunun “Fikir şənbəsi”ndə: “Asiye nasıl kurtulur?

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Fikir şənbəsi" klubunda növbəti dəyirmi masa keçirilib.

Publika.az Universitet müəllimlərinin, tələbələrin, tanınmış jurnalistlərin, Fondun əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə "Asiye nasıl kurtulur?" filmi nümayiş edilib.

Vasif Öngörənin pyesinin motivləri əsasında Barış Pirhasanın ssenarisi ilə çəkilən filmin rejissoru Atıf Yılmaz zorakılığa məruz qalan qadınların həyatını əks etdirən filmləri ilə məşhurlaşıb. "Asiye nasıl kurtulur?" filmi bir çox nüfuzlu ödüllərə layiq görülüb. Filmdə cəmiyyətin, mühitin, ətrafdakı insanların, taleyin zorakılğı ilə üzləşən məsum xanımın həyatı orijinal üslubda təqdim olunur.

Özündə rəngarəng suallar yaradan film klubun dəsti-xəttinə uyğun olaraq, tamaşaçıların müzakirəsinə çıxarılıb. Filmin finalında Asiye varlı və azad xanıma çevrilir. Auditoriyaya ünvanlanan əsas suallar da finaldan doğur. “Zülümlərə məruz qalan Asiye həqiqətən qurtuldumu?”, “Asiyenin bədbəxtliyinə kimlər səbəbkardır?”, “Necə yaşamalı ki, Asiyeyə çevrilməyəsən?” sualları ətrafında maraqlı fikirlər mübadiləsi aparılıb.

Müzakirələrin sonunda ümumi rəy belə olub: İnsanı cəhalətdən yalnız və yalnız onun təhsili xilas edə bilər. Xoşbəxtliyə gedən yol “mənim də dipolomum olsun” xatirinə təhsil almaqdan yox, yüksək səviyyədə peşəkar mütəxəssisə çevrilməkdən, elm və həyat bilgisinə sahib olmaqdan keçir. Konkret: qurtuluşun açarı bilikdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm